Dekabrın 15-də Nyu-Yorkda yerləşən "Human Rights Watch" insan haqqları təşkilatı Ermənistan silahlı birləşmələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətları ilə bağlı hesabat açıqlayıb.
https://www.hrw.org/news/2020/12/15/armenia-cluster-munitions-used-multiple-attacks-azerbaijan
“Human Rights Watch” təşkilatının tədqiqatçıları 2020-ci ilin noyabrında Azərbaycana səfərləri zamanı ölkənin üç bölgəsində kasset bombaları ilə həyata keçirilmiş dörd hücumu sənədləşdiriblər: “Hücumlarda ikisi uşaq olmaqla azı yeddi dinc mülki insan öldürülüb, iki uşaq daxil olmaqla 20 nəfər yaralanıb”. Sənəddə bildirilir ki, klaster sursatlardan istifadə müharibə qanunlarının pozulması deməkdir.
“Klaster sursatları qəddar silahdır, beynəlxalq qanunvericiliklə istifadəsi qadağan olunub, onlardan istifadə dinc həyatlara kobud laqeyidliyi göstərir. Həm Ermənistan, həm də Azərbaycan klaster sursatlardan istifadə etməməklə bağlı dərhal öhdəlik götürməli, onları qadağan edən sazişə qoşulmalıdır”, – təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hyu Uilyamson bildirib.
Hesabatda klaster sursatları haqda qısa məlumat verilir: “Klaster bombaları həm artilleriya, həm raket, həm minaatandan atıla, yaxud təyyarə ilə buraxıla bilər. Onlar adətən havada açılır, böyük əraziyə çoxsaylı bombacıqlar yayır. Bu bombacıqların bəziləri toxunanda partlamaya, amma de-fakto mina kimi qala bilər”.
Bəyanatda bildirilib ki, təşkilat 27 sentyabr - 11 noyabr tarixlərində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ ətrafında gedən gərgin döyüşlərlə bağlı araşdırma aparıb və Azərbaycanın klaster bombalardan 4 dəfə (3-ü Xankəndində, 1-i Hadrutda) istifadə etdiyini, Ermənistanın isə Bərdə şəhərinə klaster bomba ataraq, 21 mülki vətəndaşın ölümünə və 70 nəfərin yaralanmasına səbəb olduğunu müəyyən edib.
“Noyabr ayının birinci yarısında Azərbaycana edilən araşdırma səfəri zamanı Ermənistan silahlı qüvvələrinin Bərdəyə, Goranboya (2 dəfə olmaqla) və Tərtərə klister sursat silahları ilə 4 hücumu sənədləşdirilib. “Human Rights Watch” hadisə zamanı bu hücumların olduğu yerlərdə hərbi personalın, texnika və ya nəqliyyat vasitələrinin mövcudluğunu müəyyən etmək iqtidarında omadığını, kassetli silahlardan istifadənin bütün hallarda müharibə qanunlarını pozduğunu vurğulayır.
Hesabatda Dağlıq Qarabağdakı silahlı qüvvələrin klaster sursatlara malik olmadığı, ona görə də Azərbaycana hücumların ya Ermənistan ərazisindən həyata keçirildiyi, ya da Ermənistanın Qarabağdakı qüvvələri bu silahlarla təmin etdiyi ehtimal olunur. Həmçinin standart beynəlxalq nəşrlərə əsaslanaraq, Ermənistanın “Toçka”, “İsgəndər” ballistic raketləri, “Smerç” və Çin istehsalı olan “WM-80” yayım atəşi sistemlərinə malik olduğu vurğulanır.
Sənəddə şahidlərə istinad edilir; oktyabrın 5-də cəbhə xəttindən təxminən 30 km məsafədə yerləşən Goranboy rayonunun Qızılxacılı kəndinə hücum nəticəsində 65 yaşlı Raziyə Abbasovanın həlak olduğu, biri uşaq olmaqla üç qonşusunun yaralandığı, qonşu 46 yaşlı Gülnarə Hüseynovanın evini yandırıldığı qeyd olunur.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) “Smerç” istehsalı yaylım sursatını müəyyənləşdirib. Sakinlər isə ən azı altı partlayış saydıqlarını söyləyiblər. “Human Rights Watch” noyabrın 9-da bölgəni ziyarət edərək, “Smerç” döyüş sursatı ilə hücuma müvafiq dörd partlayış yerini və qəlpə ziyanını təyin edib.
58 yaşlı Yaşar Abbasov bildirib ki, iki partlayış onun şəxsi əmlakını dağıdıb və ikincisində həyat yoldaşı Raziyə həyatını itirib. O, həyat yoldaşının fotoşəklini partlayış zamanı sınan güzgünün olduğu süfrənin altında saxlayır: “Hadisə baş verməmişdən az öncə mənə qonşu zəng etmişdi, mən isə onu görmək üçün küçəyə çıxmışdım. Evimizdən 15 metr aralıda idim və birdən dəhşətli səs yayıldı, yer isilkələnməyə başladı. Geri qaçdım, artıq gec idi”…
“Klaster sursatları qadağan olunduğundan heç bir şəraitdə istifadə olunmamalı, yaxud başqasına verilməməlidir”, “Human Rights Watch” hesabatın sonunda qeyd olunub